Yol polisi 3-cü mikrorayon dairəsində tıxac yaradan taksilərə qarşı reyd keçirdi - FOTO - VİDEO

Bu gün Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın 3-cü mikrorayon dairəsi kimi tanınan ərazisində reyd keçirib. Avtosfer.az xəbər verir ki, tədbir rayonlararası taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı olub. Belə ki, Daxili İşlər Nazirliyinə ətrafda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olub. Vətəndaşlar ərazidəki səs-küydən, eyni zamanda yaranan tıxacdan şikayət edib. Yol polisi əməkdaşları sürücülərlə profilaktiki söhbətlər aparıb, onlara qanunvericiliyin tələbləri izah edilib. Bildirilib ki, bu cür fəaliyyət yolverilməzdir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sürücülərlə söhbət zamanı Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində pulsuz olaraq şərait yaradıldığını bildirib və qeyd edib ki, fəaliyyət göstərmək üçün həmin əraziyə getsinlər.
Eyni zamanda bu insanların təhlükəsizliyi üçün də önəmlidir.
Sürücülər isə müxtəlif bəhanələrlə burda fəaliyyətin onlara rahat olduğunu qeyd ediblər. Lakin polis bunun digər vətəndaşların hüquqlarını pozduğunu bildirib.
Bu cür reydlərin mütəmadi olaraq davam edəcəyi nəzərə çatdırılıb.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
















