Yol polisi aparıcının iddiasına cavab verdi: faktlar təqdim etdi - FOTO

ARB TV-nin aparıcısı Lalə Əlimuxtarova avtomobilini hər gün yaşadığı binanın qarşısında saxladığını, amma buna görə ona cərimə yazılmasından şikayətlənib.
“Qafqazinfo” bildirir ki, bu barədə o, instaqram hesabında paylaşım edib. Aparıcı aidiyyəti orqanlara səslənərək bunları deyib:
"Həsən bəy Zərdabi küçəsindəyəm, avtomobilimi bina sahiblərinin icazəsi ilə qarşısında saxlayıram. Hər gün polislər gəlib çəkib, cərimə yazırlar. Yeni tikilən binadır, dayanacağı yoxdur. Deyiblər, icazə almışıq saxlayın. Burada “saxlama” işarəsi yoxdur. Özü də son 1 həftədir edirlər. Niyə insanları incidirlər? Hər gün 20 manat cərimə yazırlar.
Səhərin açılmasına imkan vermirlər. Yenə gəlib maşını çəkib və cərimə ediblər. Burada saxlanılan avtomobillər heç bir yoldan keçənə mane olmur”.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, aparıcıya həqiqətən də cərimə yazılıb. " Ümumiyyətlə belə sürücülərimiz bilməlidirlər ki, küçə və yollarda nəqliyyat vasitələrinin parklanması həmin ərazidə yaşayan sakinlərin və ya obyek sahibinin icazəsi ilə deyil, qanunvericiliklə tənzimlənir. Təqdim olunan fotolardan da görünür ki, həmin günlərdə sürücü avtomobili videoda qeyd etdiyi yerdə deyil, dayanma-durmanın qadağan olduğu ərazidə saxlayıb. Ona görə də sürücüyə yazılan protokollar tam qanunidir."
Fotoları təqdim edirik:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















