Yol polisi avtobuslarda təbliğat aparıb maska payladı - VİDEO - FOTO

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq paytaxt Bakıda, o cümlədən Abşeron rayonu və Sumqayıt şəhərində Dövlət Yol Polisi ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət edib-etmədiyini yoxlayır". Bunu Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, həm Saray qəsəbəsi ərazisində yerləşən postda, həm də Ekoloji Nəzarət Bölüyünün xidmət ərazisində olan postda avtobuslar saxlanılaraq sərnişinlər yoxlanılır. "Maskasız hərəkət edən sərnişinlərə bu dəfə tibbi maskalar paylansa da növbəti dəfə onların maskasız hərəkət etmələrinə icazə verilməyəcəyi barədə xəbərdarlıq olunur. Bildirilir ki, tələb olunan sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalı və ictimai nəqliyyatda tibbi maskadan mütləq şəkildə istifadə edilməlidir."
Şöbə rəisi bildirib ki, bu tədbirlər karantin müddətində gündəlik olaraq davam etdiriləcək. "Əsas məqsəd əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınmasıdır."
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















