Yol polisi Avtovağzalda maarifləndirici tədbir keçirdi - FOTO

Bu gün ilaxır çərşənbə və Novruz bayramı münasibətilə yol polisi əməkdaşları gücləndirilmiş iş rejiminə xidmətə başlayıb. Avtosfer.az xəbər verir ki, Bakıdan rayonlara gedən sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatması üçün YPX-nın şəxsi alayı müxtəlif maarifləndirici tədbirlər həyata keçirir. O cümlədən bu gün ekoloji nəzarət bölüyünün əməkdaşları Beynəlxalq Avtovağzal Kompleksi ərazisində Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ilə birlikdə tədbir keçirib. Tədbir zamanı sərnişinlə dolu avtobuslar xəttə çıxmazdan əvvəl saxlanılıb. Onların sənədləri yoxlanılıb. Sürücülərə tövsiyyələr verilib, yol hərəkəti qaydalarına əməl etmələrinin vacibliyini qeyd olunub. Eyni zamanda hava şəraitini nəzərə almaları ilə bağlı söhbətlər aparılıb. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər sürücülərə verilib. Avtovağzal ərazisində təxminən 100-ə yaxın sürücü ilə maarifləndirici söhbətlər aparan YPX əməkdaşları yollarda da nəzarəti gücləndiriblər.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















