Yol polisi bədbəxt hadisələrlə bağlı piyadalara müraciət edib

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, yaz mövsümü ilə əlaqədar paytaxt yollarında istər piyada qismində, istərsə də velosiped, skuter və bu kimi digər nəqliyyat vasitələri hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır:
“Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.
Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərinə gəldikdə isə müxtəlif lakin eyni məzmun və xarakterli hallarla rastlaşırıq. Əsas səbəb isə bir çox hallarda yol hərəkəti qaydalarının pozulması və ya bəzi insanların bu həyati əhəmiyyətli qaydaları ciddiyə almamağından irəli gəlir.
Sürücülər, siz yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsizsə, öz yolu ilə hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxır ziqzaq var formada ötmə, manevr etməklə və yaxud yolayrıcının keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozub, ara məsafəsi saxlamayıb, etdiyiniz qanunsuz hərəkətlərin nəticəsinə görə cavabdehlik daşıdığınızı unudursunuzsa bu sadəcə məsuliyyətsizlikdir. Sonu isə heç də hər zaman inzibati məsuliyyətlə bitmir”.
Araz Əsgərli qeyd edib ki, piyadalar küçə və yolları onlar üçün nəzərdə tutulan yerlərdən keçməlidir:
"Məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin.
Çalışın ki yolunuzu son mənzilə yox, mənzil başında sizi gözləyən doğmalarınızın yanına salasınız!”
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












