Yol polisi icazəsi olan sürücünü cərimələdi - DYP-dən AÇIQLAMA - VİDEO - FOTO

Elxan Xıdırov adlı vətəndaş yol polisi tərəfindən qanunsuz cərimə olunduğunu iddia edir.
“MediaPost"a müraciət edən şəxs bildirib ki, iyul ayının 22-də həkimdən gələn zaman Bakı-Sumqayıt yolunda (Sumqayıt istiqamətində) hərəkətdə olarkən 99 YP 683 dövlət nömrə nişanlı, YPX avtomobili tərəfindən saxlanılıb.
“Əvvəlcə bildirdi ki, ”Ekologiya postu"nda mənə "saxla" əmri verib. Mən də həkimdən gəldiyimi və mümkündür ki, fikirli olduğunu qeyd edərək üzrxahlıq etdim. Ardınca isə məndən icazəmin olub-olmadığını soruşdular. Bildirdim ki, SMS icazəm var, amma vaxtı bitib. Əvəzində həkimdə olduğum barədə sənədi təqdim etdim. Lakin yol polisləri buna məhəl qoymayaraq mənə cərimə tətbiq etdilər", - şikayətçi “MediaPost”a bildirib.
Vətəndaş deyir ki, müalicə aldığı xəstəxanadan ona ödəniş qəbzləri və arayış verilib: "Amma görüntülərdə də aydın olur ki, buna heç məhəl də qoymadılar. Sadəcə, "tez ol, tez ol" deyərək cəriməni yazdılar. Bu barədə müxtəlif instansiyalara rəsmi şəkildə müraciət etmişəm. Ümid edirəm ki, haqqımda tərtib olunmuş protokol ləğv ediləcək və mənə qarşı bu yanlışlığı edən yol polisləri cəzalandırılacaq".
Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, bu halda sərnişin həkimdən aldığı arayışın sürətini, protokol ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edərək şikayətini bildirə bilər: “Əgər həqiqətən də sürücünün 1 indeksindən istifadə etməsi, həkimdən arayış alması təsdiq olunarsa, qərar ləğv olunacaq. Əks təqdirdə qərar qüvvədə qalacaq”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
























