Yol polisi ilə əlbəyaxa olan "avtoş" həbs edildi - FOTO

Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb. Belə ki, Astara sakini S.Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Cəfərov barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.
Fidan
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK














