Yol polisi ilə sürücülər arasında maraqlı dialoqlar: kim haqlıdır? – VİDEOLAR

Sosial şəbəkələrdə yol polisi ilə sürücülər arasında baş verən dialoqun videoları yayılıb. Avtosfer.az xəbər verir ki, birinci videoda sürücünü saxlayan yol polisi ona qayda pozduğunu deyir. Sürücü hansı qaydanı pozduğunu soruşanda YPX əməkdaşı sürətli sürdüyünü bildirir. Daha sonra isə “yazıb göndərərəm” deyərək sürücünü buraxır. Burda maraqlı məqam odur ki, əslində qaydaları kim pozur? Əgər sürücü qayda pozursa niyə onu saxlayan yol polisi cərimə yazmadan buraxır? Əgər qaydaları pozmayıbsa o zaman sürücünü boş yerə niyə saxlayır? Hər iki halda YPX əməkdaşı təlimatı pozur.
İkinci videoda isə sürücünü saxlayan YPX əməkdaşı ona nişanlanma xəttinin tələblərini pozduğunu bildirir. Sürücü isə bununla razılaşmır və yol nişanının da qaydalara görə olmasını əsas gətirərək məsuliyyət daşımadığını deyir. Eyni zamanda sürücü ilə YPX əməkdaşı arasında anlaşılmazlıq olur. Yol polisi pozulmuş qaydaya görə İXM-nin müvafiq maddəsini deyir. Sürücü isə ondan hansı nişanın tələbini pozduğunu soruşur. YPX əməkdaşı isə bunu bilmir.
Amma bəzən videolarda sürücülər xüsusi montaj proqramından istifadə edərək polisi gülünc duruma düşürür. Burada həm qaydanı bilməyən yol polisləri üçün baxıb nəticə çıxarmalı məqamlar var, həm də polisin nüfuzuna xələl gətirən elementlər. Məsələn, digər yol polisləri bu videoya baxaraq nəticə çıxara bilərlər ki, qaydaları bilməyəndə hazırlıqlı sürücü qarşısında aciz qalmaq olar. Eyni zamanda səs effektlərindən istifadə etməklə yol polisi gülünc duruma düşürmək də olmaz. Çünki videoya baxan şəxslər düşünə bilər ki, elə YPX əməkdaşlarının hamısı bu cürdür. Amma yol polisləri arasında kifayət qədər savadlı və qaydaları bilənlər çoxluq təşkil edir. Bu videolardan ilhamlanan başqa şəxslər də eyni metodu tətbiq edərək özləri gülünc duruma düşə bilərlər.
Qeyd edək ki, son dövrlərdə analoji videolar tez-tez yayılır. Bəzi sürücülər buna baxaraq qaydaları öyrənir və yol polisi ilə mübahisəyə girir. Bir tərəfdən hətta mübahisə üçün olsa belə sürücünün qaydaları öyrənməsi yaxşı haldır. Amma elə haqlı-haqsız yol polisi ilə də mübahisə etmək olmaz. Polisin qanuni tələbi qarşısında sənədləri təqdim etməmək, iki qayda əzbərləyib polislə yersiz mübahisə edərək özünün və onun vaxtını almaq da olmaz.
Orxan Əli
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO








