Yol polisi maşına gerb yapışdıranlara xəbərdarlıq etdi: OLMAZ!

Son vaxtlar Azərbaycanda avtomobillərin arxa alın şüşələrinə müxtəlif ölçülərdə dövlət gerbinin yapışdırılması halları çoxalıb və trendə çevrilib. Hər 10 maşından 4-də bu yapışqanlara rast gəlmək mümkündür. Hətta bəzi sürücülər daha da irəli gedərək iki gerbi yan-yana yapışdırır. Bu isə yol polisinin narazılığına səbəb olub.
Məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a bildirib ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”.
Rüfət Quliyev onu da əlavə edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.
Qeyd edək ki, buna görə cərimə nəzərdə tutulmasa da dövlət atributlarından istifadə qaydalarına əməl etmək lazımdır.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












