Yol polisi maşını qəzaya düşdü: xəsarət alanlar var -99 YP 643

Gədəbəy rayonunda DYP avtomobili ilə ağır qəza törədilib. 99 YP 643 dövlət nömrə nişanlı yol patrul avtomobili Qaramurad kəndinin ərazində VAZ 2107 markalı, 05 BG 267 dövlət nömrə nişanlı avtomobili vurub, nəticədə "Jiquli” ciddi deformasiyaya məruz qalıb. O cümlədən yol patrul avtomobili əzilib. Qəza ilə bağlı hadisə şahidlərindən biri məlumat verib.
Məlumata görə qəza DYP avtomobilinin sürücüsünün günahı üzündən baş verib, belə ki, DYP avtomobili VAZ 2107-nin yoluna çıxıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir, lakin onların kimliyi barədə məlumat yoxdur. Bununla belə VAZ 2107 sürücüsünün Bədəlov Ruslan Şahniyar oğlu olduğu dəqiqləşib. Qəzadan sonra hadisə yeri müayinə olunmamış hər iki avtomobil hadisə yerindən kənarlaşdırılıb.
Faktı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev də təsdiqləyib. Şöbə rəisi bildirib ki, hadisə 3 iyun 2019-cu il tarixində, saat 16:00-da, Gədəbəy- Novosaratovka avtomobil yolunun 16-cı kilometrliyində, Kiçik Qaramuradlı kəndi ərazisində baş verib.
R.Quliyevin bildirdiyinə görə, "Hundai İX35” markalı partul avtomobili "VAZ 21 07” markalı avtomobillə toqquşub: "Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar VAZ 21 07 avtomobilinin sərnişinləridir. DYP əməkdaşları hadisə nəticəsində xəsarət almayıblar. Hazırda faktla bağlı araşdırma aparılır” /virtualaz.org
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












