Yol polisi maşınının üstündə pivə içən şəxs həbs edildi - FOTO - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq, pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılıb. Şöbə rəisi bildirib ki, Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin operativ araşdırmaları nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir. O, müəyyən edildikdən sonra saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil verilib. Burada N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















