Yol polisi postlarda sürücüləri saxlayaraq bunları dedi - FOTO - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi bayram öncəsi stasionar postlarda təbliğat xarakterli tədbirlər həyata keçirib.
Avtosfer.az xəbər verir ki, tədbirin məqsədi uzaq səfərə çıxan sürücülər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, yollarda nizam-intizamın qorunmasını təmin etməkdir.
Tədbir zamanı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları - polis kapitanı Toğrul Nəsirli, polis leytenantı Elvin Hacıyev sürücülərlə profilaktik söhbətlər aparıb, onlara qaydaları izah edib. Dialoq zamanı sürücülərin istirahət etməsi üçün postlara yaxınlaşaraq fasilə vermələri və daha sonra yollarına davam etmələri qeyd olunub. Belə ki, sürücülər zəruri hallarda (yorğun, yuxusuz olduqda) qurulan postlara yaxınlaşıb qısamüddətli istirahət edə bilərlər.
Qeyd edək ki, tədbirin sonunda BDYPİ-nin hədiyyələri sürücülərə və onların sərnişinlərinə, xüsusilə də uşaqlara təqdim edilib.
Nərmin Əkbər
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














