Yol polisi postlarında xanım sürücülərə sürpriz - FOTO - VİDEO

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən də stasionar postlarda xanım sürücülərlər bağlı aksiyalar baş tutub. Avtosfer.az xəbər verir ki, Müşfiq qəsəbəsində BDYPİ-nin YPX Alayının 3-cü tağımımın stasionar postunda keçirilən tədbirdə 20-yə qədər xanım sürücü saxlanılıb. Onların bir çoxu qayda pozuntusuna görə saxlanılsa da, yol polisi əməkdaşları cərimə yazmayıb. Bunun əvəzində xanım sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara gül və Baş İdarənin müxtəlif hədiyyələri təqdim edilib.
Daha sonra YPX Alayının 1-ci tağımının Saray qəsəbəsindəki postunda keçirilən tədbirdə də 10 xanım sürücü saxlanılıb. Onlara yol hərəkəti qaydaları ilə bağlı müxtəlif suallar verilib, hədiyyələr təqdim edilib.
Tədbir Ekoloji Nəzarət Bölüyünün stasionar postunda da davam edib. Burada 15 xanım sürücü müxtəlif qayda pozuntularına görə saxlanılsa da, onlara heç bir cərimə yazılmayıb. Onlara güllər hədiyyə edilib, xəbərdarlıq olunub.
Xanım sürücülər yol polisinin təbrikini və iradlarını qəbul etdiklərini bildiriblər.
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















