Yol polisindən sürücü və sərnişinlərə vacib müraciət

Paytaxtda qurulan karantin postlarında yaranan süni sıxlıqlar hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Süni sıxlığın, tıxacın və gecikmələrin qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və sərnişinlərə müraciət edib.
İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az vasitəsilə vətəndaşlara müraciət edərək bildirib ki, SMS icazə alıb hərəkət edən sürücü və sərnişinlər vaxt itkisinə yol verməmək üçün postlara yaxınlaşarkən üzərilərində olan şəxsiyyət vəsiqəsini yoxlanış üçün hazır saxlamalıdırlar: "Bildiyiniz kimi, şəxsiyyət vəsiqələri iki cür olduğu üçün yeni şəxsiyyət vəsiqələrinin arxa hissəsini, köhnə şəxsiyyət vəsiqələrinin isə ön hissəsini yoxlayıcı cihaza yaxınlaşdırmaq lazımdır. Belə olan halda 7 saniyə ərzində həmin şəxsi yoxlamaq kifayət edir. Bu isə ləngimələrin, süni sıxlığın və tıxacın qarşısını almış olur".
Vaqif Əsədov Avtosfer.az-a onu da bildirib ki, ictimai nəqliyyat və operativ nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün ayrıca xüsusi zolaq ayırılıb: "Təəssüf ki, həmin zolaqda digər sürücülərin hərəkət etməsi müşahidə olunur. Üstün hərəkət rejimi olan nəqliyyat vasitələrinə maneə yaratmamaq üçün sürücülərdən xahiş edirik ki, xüsusi ayrılmış zolağa daxil olaraq ayrıca sıxlıq və gərginlik yaratmasınlar".
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












