Yol polisi sürücüləri təbrik etdi: növbəti hərəkət təhlükəsizliyi tədbiri keçirilir

Baş Dövlət Yol Polisi İdarəsi ilaxır çərşənbə və Novruz bayramı münasibətilə sürücülər arasında maarifləndirici aksiyaya start verib. Avtosfer.az xəbər verir ki, aksiya zamanı DYP-nin stasionar postlarında saxlanılan sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunub.
Həmin bukletlərdə sürücüləri bayram münasibətilə təbrik edən yol polisi onlara müxtəlif tövsiyyələr də verib. Tövsiyyələrin əsas mahiyyəti bayram günləri yola çıxan sürücülərin nələrə diqqət etməsindən ibarətdir. Burada sürət həddinin aşılmaması, təhlükəsizlik kəmərindən istifadə, sərnişinlərin də təhlükəsizlik kəmərinə diqqət yetirməsi, yollarda yorğun halda maşın sürməmək və s. qeyd olunub.
Yol polisi sürücüləri bayram münasibətilə təbrik edib, onlara bil ruzi arzulayıb və təhlükəsiz yol diləyi ilə göstərilən qaydalara əməl etməyi xahiş edib. Bütün postlarda keçirilən tədbirlər sürücüləri maarifləndirmə ilə yanaşı bayram günləri yol qəzalarının qarşısının alınmasına xidmət edir.
Qeyd edək ki, tədbirlər dünən Ekologiya və Saray, bu gün isə Müşfiq və Qaradağ postlarda Avtosfer.az-ın iştirakıyla tədbirlər davam edib. Sürücülər YPX əməkdaşlarına təşəkkür ediblər.
Tədbirlər bu gün də davam etdiriləcək.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ







































