Yol polisi sürücünün həyatını xilas etdi: Biləsuvarda - VİDEO - FOTO

Yol polisi halı pisləşən sürücüyə belə kömək etdi - VİDEO
Biləsuvar rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sürücünün həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, hadisə avqust ayının 12-i saat 11:10 radələrində Biləsuvar şəhəri, Heydər Əliyev prospektində baş verib. "VAZ 2106" markalı avtomobilin sürücüsünün sükan arxasında vəziyyəti pisləşib və o maşını kənarda saxlayıb. Bu zaman 99 YP 123 və 99 YP 124 dövlət nömrə nişanlı patrul avtomobili ərazidə xidmət aparan Biləsuvar rayon DYPB-in rəisi Rauf Əzimov və bölmənin əməkdaşları polis baş leytenantı Əziz Məmmədov, polis baş serjantları Rəşad Mirzəyev, Elvin Ağayev və polis serjantı Orxan Həsənov avtomobildə köməksiz vəziyyətdə olan vətəndaşa ilkin tibbi yardım göstəriblər. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım maşını və Post Patrul Xidməti əməkdaşları dəvət olunub. Polis əməkdaşlarının köməyi ilə sürücü təcili yardımla xəstəxanaya çatdırıb. Həkimlərin müdaxiləsindən sonra sürücünün həyatını xilas etmək mümkün olub. Hazırda səhhəti normaldır. Sürücünün yaxınları Biləsuvar rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına dərin təşəkkürünü bildirir. Videonu təqdim edirik:
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












