Yol polisi "Təmiz hava" aylığına başladı: cərimə olunanlar var - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi "Təmiz hava" aylığına start verib. Martın 28-dən aprelin 28-ə kimi davam edəcək aylıq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və ekoloji nəzarətin gücləndirilməsinə xidmət edir. Bu aylıq çərçivəsində atılacaq addımlar avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının azaldılmasına yönəlib və ekologiyanın qorunması üçün zərüri tədbirlərdən biridir. Avtosfer.az xəbər verir ki, artıq bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının Ekoloji Nəzarət Bölüyünün ərazisində (Ekologiya postunda) zəhəri qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələri saxlanılıb və onların barəsində inzibati qaydada protokol tərtib olunub. Onlarla sürücüyə isə xəbərdarlıq edilib. Qısa müddət ərzində bu problem aradan qaldırılmasa barələrində cərimə tətbiq olunacağı vurğulanıb.
Qeyd edək ki, son dövlər zəhərli qazların miqdarı normadan artıq olan avtomobillərin sayı azalıb. Bu da yol polisinin həyata keçirdiyi tədbirlərlə əlaqədardır.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və xaric olan qazlarının tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilərlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş ekoloji təhlükəsiz normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












