Yol polisi yararsız avtomobillərlə sərnişin daşıyanlara qarşı reydlərə başladı - VİDEO

DYP yararsız avtomobillərlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirir.
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Avtosfer.az-a verdiyi məlumata görə, son zamanlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobus sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin sayının çoxluğu və bu hadisələr nəticəsində çoxsaylı sərnişinlərin ölməsi və ya xəsarət alması səbəbindən ötən gün Masallı rayonunda sərnişin daşınması fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Tədbirin əsas məqsədi sərnişinlərin rahat və təhlükəsiz daşınmasının yoxlanılması olub. Tədbir zamanı marşrut xətti üzrə hərəkətdə olan bir çox nəqliyyat vasitəsinin yararsız halda olması və sərnişin təhlükəsizliyi üçün lazımı avadanlıqlarının olmaması müəyyən edilmişdir. Tədbir zamanı həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Bütün Respublika üzrə qeyd olunan tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












