Yol polisindən CAVAB: "Düzünə getsələr tıxac yaranacaq” - VİDEO

Dünən avtosfer.az saytında “Bakıda bu küçədə məntiqsiz hərəkət təşkili var” başlıqlı yazı dərc edilmişdi. Yazıda qeyd olunur ki, Teleteatr tərəfdən hərəkət etdikdə ən sol zolaqdan sağa dönərək Lermontov küçəsinə çıxmaq və Nazirlər Kabineti istiqamətində hərəkət etmək olar. Laki Dağüstü park tərəfdən gəldikdə isə yalnız düzünə, yəni teleteatr tərəfə hərəkət etmək olar. Bu məntiq yol hərəkəti təşkilindən anlayışı olanları sözün əsl mənasında ağladır. Əgər o küçəyə “giriş qadağandırsa” teleteatr tərəfdən gələnlər sola dönüb ora girə bilirlər? Yox əgər qadağan deyilsə düzünə gedənlərin həmin küçəyə daxil olmasının hansı təhlükəli tərəfləri var?
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Yol Hərəkəti Təşkili Şöbəsinin rəisi, polis polkovniki-leytenantı Eyvaz Şahverdiyev həmin məqaləyə münasibət bildirib. Avtosfer.az-a açıqlama verən şöbə rəisi qeyd edib ki, yazıda qeyd olunan məsələlər çatışmazlıq deyil. “Bayıl qəsəbəsi istiqamətindən Teymur Elçin küçəsi ilə gələn avtomobillərə birbaşa olaraq Lermantov küçəsinə girməyə icazə veriləcəyi təqdirdə Teleteatr istiqamətindən Teymur Elçin küçəsi ilə gələrək Lermantov küçəsinə dönən nəqliyyat vasitələri ilə konflikt nöqtəsi yaradacaq. Həmçinin pik saatlarında həmin kəsişmədən Niyazi küçəsi istiqamətində müşahidə olunan hərəkət sıxlığının daha da artmasına səbəb olacaq.”
Şöbə rəisi onu da bildirib ki, Bayıl qəsəbəsi istiqamətindən gələn avtomobillər “Azneft” meydanına getmək etmək üçün Mikayıl Useynov (Yeni bulvarın kənarı ilə) küçəsindən istifadə edərək Neftçilər prospektinə çıxa bilərlər.
Şöbə rəisi bildirib ki, sürücülər İstiqlaliyyət küçəsinə çıxmaq üçün isə Teymur Elçin küçəsi ilə “Teleteatr” istiqamətində hərəkət edən zaman Mehdi Hüseyn küçəsi ilə kəsişməyə çatmadan sağa dönmək olar. Sonra Mehdi Hüseyn və Şeyx Şamil küçələrində istifadə etməklə İstiqlaliyyət və Niyazi küçələrinə çıxa bilərlər.
Orxan Əli
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib










