Yol polisindən ittihamlara cavab: fəaliyyətimizə kölgə salırlar - FOTO

Şair Xanəmir Telmanoğlu Koroğlu metrostansiyasının yanında xidmət aparan yol polisi əməkdaşları ilə bağlı “Facebook” hesabında şikayət xarakterli yazdığı yazıya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib. İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin ərazidə avtomobillər intensiv hərəkət etdiyi üçün yolda dayanma-durma qadağan edilib. Bu yolda dəfələrlə avtomobil qəzaları və piyada vurma halları baş verdiyi üçün yol polisi əməkdaşları ərazidə ciddi xidmət aparır. Yolun dayanma-durma qadağan olunan yerində bir avtomobilin dayanması həm hərəkət sıxlığına, həm də qəzaların baş verməsinə gətirib çıxarır. Xanəmir Telmanoğlu yazdığı yazıdan sonra dərhal araşdırmaya başladıq və məlum oldu ki, ərazidə xidmət aparan polis əməkdaşları dayanma-durma qaydasını pozan sürücülərə qanuni şəkildə protokol tərtib edib. Həmin əməkdaşların hərəkətində hər hansı bir nöqsana yol verildiyi isə qeydə alınmayıb. Sözsüz ki, Xanəmir Telmanoğlunun yazdığı yazı qərəzlidir və eyni zamanda Dövlət Yol Polisinin fəaliyyətinə kölgə salmaq istəyidir.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













