Yol polisindən Şəkidə növbəti maarifləndirici aksiya - FOTO

2018/2019-cu tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə, eləcə də Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradovun göstərişi və nəzarəti altında rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti tədbir, 15 mart 2019-cu il tarixdə Şəki şəhəri, 8 saylı Beynəlmiləl tam orta məktəbində keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, Şəki Rayon Prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, Südabər İsmayılova, məktəbin direktoru Səttar Ələsgərli, digər qonaqlar və müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, Südabər İsmayılova, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının rəhbərlərinə və əməkdaşlarına öz minnətdarlığını bildirib.
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib











