Yol polisindən sürücülərə “plyonka” xəbərdarlığı - 3 gün sonra...

Azərbaycanda günəşli havaların gəlməsi ilə avtomobillərin şüşələrində istifadə olunan pərdə və plyonkaların istifadəsi yenidən gündəmə gəlib. Avtosfer.az-ın "Qafqazinfo"-ya istinadən verdiyi xəbərə görə, ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda qeyd edilmişdi ki, hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib. R. Zeynalovun qərarında göstərilirdi ki, bu barədə qanunvericiliyə əlavə və dəyişikliklər baxılma ərəfəsindədir və qanunda dəyişikliklər edilənədək sürücülər cərimə olunmayacaq.
Artıq 3 gündən sonra növbəti mövsüm başlayır. Lakin bu müddət ərzində qanunvericiliyə bununla bağlı hər hansı bir dəyişiklik edilmədi. Bəs bu il yol polisi bu məsələdə necə davranacaq?
DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək: "Burada söhbət "plyonka"dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək "plyonka" yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb".
K. Əliyev "Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?" sualına "Görülə bilər" deyə cavab verib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













