Yol polisindən "təpikləndiyini" deyən sürücü ilə bağlı AÇIQLAMA

"Kanal13.TV" səhifəsində "Polis vətəndaşı təpiklədi - "Nə edim ki, Qarabağ əlilisən?" başlıqlı video yayımlanıb. Videoda Qarabağ əlili olduğunu deyən Xanlar Quliyev adlı şəxs iddia edir ki, Gəncədən ziyarətgahdan qayıdan zaman yol polisləri ona fiziki təzyiq göstərib. İddialara görə, Gəncə şəhərində yol polisi əməkdaşları onu və dostunu saxlayıb və sənədlərini tələb ediblər. Lakin Xanlar Quliyev onlara əlillik vəsiqəsini təqdim edib. Daha sonra isə yol polisləri ilə mübahisə yaranıb.
Gəncə şəhər Dövlət Yol Polisi şöbəsindən Avtosfer.az-a bildirilib ki, sürücü Xanlar Quliyev "Mercedes Sprinter" markalı yük-sərnişin maşınını heç bir sənədi olmadan idarə etdiyi üçün saxlanılıb. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 2015-ci ildə bitdiyi üzə çıxıb. Yəni həmin vaxt sürücülük hüququ, etibarnaməsi olmadan nəqliyyat vasitəsi idarə etdiyi üçün avtomobilin duracağa yerləşdiriləcəyi bildirildikdə o, nalayiq söyüşlərlə polis əməkdaşlarını təhqir etməyə başlayıb və yerdən götürdüyü iri daşla onlara, eləcə də patrul avtomobilinə xəsarət yetirməyə cəhd edərkən onun bu cəhdinin qarşısını alan polis əməkdaşı ilə birlikdə yıxılıblar.
Faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Emin
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK













