Yol polisinə atılan şər baş tutmadı

Mart ayının 15-də Bakı-Qazax yolunda baş vermiş insidentlə əlaqədar bəzi məqamlara təfərrüatı ilə aydınlıq gətirmək istərdik. Avtosfer.az xəbər verir ki, mart ayının 15- də adı çəkilən yolda vətəndaş Azər Rəhimov yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılmışdır. O, dönmə-manevr əməliyyatını рozduğu üçün saxlanılmışdır. Beləliklə vətəndaş bütün yol- hərəkəti qaydalarını ciddi şəkildə pozaraq Azərbaycan Qanunlarına hörmətsizlik etmişdir. Bununla kifayətlənməyən Azər Rəhimov 8-ci Tağım əməkdaşlarına itaətsizlik etmiş, onları təhqir etmişdir. Bütün deyilənlərə rağmən vətəndaş deyilənlərin əksini sübut etmək niyyətinə düşsədə ancaq fakt, fakt olaraq qalır. Bakı - Qazax yolunun 280-ci kilometrliyində olan bu post və onun əməkdaşaları daim yol - hərəkəti qaydalarını vətəndaşlara öyrətmək, eləcədə təbliğ etmək şərəfini daşıyırlar. Onların əsas qayəsi vətəndaşın təhlükəsiz hərəkətini təmin etməkdir. Eləcədə 8-ci tağımın komandiri Etibar müəllim. Çox təssüf ki, bəzi vətəndaşlarımız bütün bu deyilənlərin əksini etməyə çalışırlar. Bəzi kütləvi informasiya vasitələri də onlara bu işdə çıraq tutmuş olurlar. Lakin bir həqiqət var ki, deyilənlər şər və böhtandan başqa bir şey deyil.
Hadisədən bir gün keçdikdən sonra öz səfini başa düşən vətəndaş əməllərindən рeşman olaraq, etdiyi hörmətsizliyə görə telefonla Etibar müəllimə zəng edərək bütün DYР-nin əməkdaşlarından və şəxsən komandir Etibar müəllimdən üzr istəyib. Əslində bəzilərinin vətəndaşları DYР-əməkdaşlarına qarşı bu cür aqressiv davranmaqa məcbur edənlər sadəcə öz niyyətlərinə çatmayıblar. Görünən odur ki, vətəndaşada nəhayət ki, öz əməlindən və etdiyi hörmətsizlikdən heşmançılıq keçirdərək bu hərəkəti atmağa məcbur olub. İstənilən hər kəs yaxşı bilir ki, DYР heç bir zaman vətəndaşının ondan narazı və incik qalmasını istəməz. 280-ci kilometr ərzisində xidməti vəzifələrini də yerinə yetirən DYР əməkdaşları da eyni qayda ilə. Etibar müəllim və onun rəhbərliyi ilə xidmət edən DYР hər zaman xalqına xidmət etməkdən qürur hissi keçirir. Və bunu özlərinə şərəf borcu hesab edir. Daim Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün çalışan DYP əməkdaşları bundan sonrada bu nəcib işlərində davam edəcəklər. İstər adı çəkilən və şər atılmaq istəyən komandir Etibar müəllim, istərsə də onun komanda yoldaşları hər zaman öz işlərini layiqincə yerinə yetirirlər. Görünən odur ki, DYP daim öz işini mükəmməl yerinə yetirir. Onların adına ləkə gətirmək istəyənlər isə öz niyyətlərini sadəcə ürəklərində öldürəcəklər.
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib










