Yol polisləri qıcolması tutan azyaşlının həyatını belə xilas etdi - VİDEO

DYP əməkdaşları azyaşlının həyatını xilas edib. Bu barədə Avtosfer.az-a vətəndaş Teymur Xəlilov məlumat verib. O, bildirib ki, azyaşlı uşağının qıcolması tutub. “Təcili olaraq xəstəxanaya aparmalı olduq. Xırdalandan Şamaxinkaya qədər taksi ilə gəldik. Ərazidə xidmət aparan 99-YP-366 dövlət nömrə nişanlı, yol patrul xidməti avtomobilində xidmət aparan əməkdaşlara müraciət etdim. Sağ olsunlar bizi patrul maşını ilə xəstəxanaya çatdırdılar. Hazırda övladımın vəziyyəti yaxşıdır. Dövlət Yol polisi İdarəsinin rəhbərliyinə və bizə kömək edən əməkdaşlara təşəkkür edirəm.”
Avtosfer.az azyaşlını xəstəxanaya çatdıran inspektorlarla əlaqə saxlayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektorları, polis baş serjantı Orxan Surxayev və polis serjantı Pərviz Yusifov hadisə barəsində danışıb.
“Vətəndaş təlaşlı şəkildə bizə müraciət etdi. Dərhal onları patrul avtomobilinə əyləşdirdik və təcili olaraq xəstəxanaya çatdırdıq. Bu bizim polis olaraq vəzifəmizdir. Eyni zamanda vətəndaş olaraq borcumuzdur. Rəhbərliyin verdiyi tapşırıqlar və göstərişlər tərəfimizdən hər zaman diqqətlə icra olunur. Vətəndaşa da bizim xidmətimizi dəyərləndirib ictimailəşdirdiyi üçün təşəkkür edirik.”
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












