Yol polisləri "Son zəng" günü məktəblərdə maarifləndirmə işləri apardı - FOTO - VİDEO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yerləşən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə qatılıblar. Avtosfer.az xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq qərarına əsasən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə Yol Polisi İdarəsi rəhbərliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq qatılıblar. Əsas məqsəd təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda məktəblərdə valideynlərə və məzunlara yol polisi tərəfindən hazırlanmış tövsiyələr çatdırılıb. Tövsiyələrdə "Son zəng" günü məzunlara valideynlərin və yaxın qohumların avtomobillərindən istifadə etməmək tövsiyə olunub.
Avtosfer.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur: “Yol polisi əməkdaşları “Son Zəng” mərasimlərində fəal iştirak edir. İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunan yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, “məzun günü” övladlarımızın həyatında unudulmaz xoş xatirələrlə yadda qalsın. Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa səsləyirik. Tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik”.
Qeyd edək ki, rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birgə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təhkim edilmiş əməkdaşları məktəblərdə müxtəlif görüşlər təşkil ediblər. Görüşlərdə məzunlarla maarifləndirici söhbətlər aparılıb. Həmçinin məktəblərə yaxın küçə və prospektlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Avtosfer.az fotolar və video təqdim edir:
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















