Bakıda yol polislərini söyən sərxoş şəxs həbs edildi - FOTO

Bakıda yol polislərinin işinə mane olan şəxs həbs edilib. Avtosfer.az xəbər verir ki, dekabrın 16-ı paytaxtın Bəkir Çobanzadə küçəsində xidmət aparan yol polisləri qayda pozan sürücünü dayandıraraq barəsində qanunamüvafiq qaydada tədbir görmək istəyib. Bu zaman həmin ərazidə olan şəxs yol polislərinə yaxınlaşaraq qayda pozan sürücüyə cərimə yazılmasına maneə yaradıb. O, daha sonra polislərə qarşı nalayiq ifadələr işlədərək onların tələbinə qəsdən tabe olmayıb.
Polis əməkdaşları həmin şəxsi aidiyyəti üzrə 24-cü polis bölməsinə təhvil veriblər. Bu zaman məlum olub ki, o bu əməli törədərkən sərxoş vəziyyətdə olub.
Onun barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib. Keçirilən məhkəmə iclası zamanı Hüseynov Nofəl Kamil oğlu 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












