Reklam

YPX əməkdaşları “həci”ni saxlayıb bayrağı belə sökdü - VİDEO

Yol polisi 9 Aprel 2019 16:12 Oxunub 7874
YPX əməkdaşları “həci”ni saxlayıb bayrağı belə sökdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Bayrağı dövlət atributudur və reklam sayılmır

Bir neçə gün əvvəl sosial şəbəkədə paylaşılan video böyük səs küyə səbəb olub. Beləki, yol patrul xidmətinin əməkdaşları saxladığı avtomobilin üzərinə vurulmuş Azərbaycan dövlət bayrağını cırıb. Avtosfer.az bildirir ki, YPX əməkdaşları avtomobilin sol arxa qanaq hissəsinə vurulmuş Azərbyacan bayrağını cırdıqdan sonra həmin avtomobilin yük yerində olan “HƏCİ” emblemini isə həcilərə hörmət xatirinə cırıb atmır.

Əlavə məlumat üçün bildiririk ki, “Reklam haqqında” Qanunun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən, nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Dövlət Yol Polisinin razılığı əsasında həyata keçirilir. Bu normanın birinci müddəası o deməkdir ki, hər hansı sahibkar (fiziki və ya hüquqi şəxs) avtomobil üzərində reklam yerləşdirmək istədikdə əvvəlcə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) ilə müqavilə bağlamalıdır (mülkiyyətçi öz reklamını yaymaq istədikdə belə müqaviləyə ehtiyac yoxdur).

Əsas məsələ isə bu normanın ikinci müddəasıdır. Həmin müddəada deyilir ki, nəqliyyat vasitələrində reklamın yayılması üçün hər bir halda Dövlət Yol Polisinin razılığı alınmalıdır.

Dövlət Yol Polisinin razılığının alınması qaydası və şərtləri isə Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalarda təsbit edilir. Həmin Qaydalarda deyilir ki, Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilən şərtlərə cavab verən nəqliyyat vasitələri reklam daşıyıcısı kimi istifadə edilə bilər. Reklam nəqliyyat vasitələrinin aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:

– minik avtomobillərin və mikroavtobusların qapılarında (arxa qapıdan başqa) və qanadlarının yan səthlərində;

– tramvay, troleybus və avtobusların banında pəncərə xəttinə qədər olan arxa və yan səthlərində;

– yük, yük-sərnişin, yük-furqon (bortunda ağ maili zolağı olanlardan başqa), qoşqu və yarımqoşquların banının arxa və yan səthlərində;

– motosikllərin yanacaq baklarında və alətlər qutusunun qapağında.

Nəqliyyat vasitələrində reklam lövhələrinin, lövhəciklərinin, işıqlanan tabloların və bunlara bənzər reklamların yerləşdirilməsinə yol verilmir. Reklamla nəqliyyat vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir. Nəqliyyat vasitələrinin ön hissəsində reklam yerləşdirmək qadağandır və s.

Nəqliyyat vasitələri üzərində reklam yerləşdirilməsinə icazə verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

– reklam yayıcısının ərizəsi;

– reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin (reklam sifarişçisi reklam yayıcısı kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur);

– nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yararlı olması barədə DYP-nin müayinə aktının skan edilmiş surətləri;

– nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi;

– reklam yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı, habelə onların qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi.

Bundan başqa, reklam yerləşdiriləcək nəqliyyat vasitəsi, habelə reklamın özü Qaydalarda göstərilən tələblərə uyğun olmalıdır.

Göstərilən sənədlər təqdim edildikdən sonra 30 gün ərzində reklam yayımına icazə verilməsi məsələsinə baxılır və hər şey Qaydalara uyğun olduqda nəqliyyat vasitəsi üzərində reklam yerləşdirilməsinə icazə verilir.

Nəzərə almaq lazımdır ki, Dövlət Yol Polisinin razılığı olmadan nəqliyyat vasitələrində reklam yerləşdirilməsinə, yaxud belə reklamın yerləşdirilməsi və yayılması qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 221.2-ci maddəsi cərimə nəzərdə tutur. Bu xətanın törədilməsində fiziki şəxs (sürücü) təqsirli olduqda 30-50 manat, vəzifəli şəxs təqsirli olduqda 150-200 manat, hüquqi şəxs təqsirli olduqda isə 1500-2000 manat cərimə tətbiq olunur.

Bakı şəhərində nəqliyyat vasitələrində reklam yaymaq istəyən şəxslər bunun üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə (Badamdar qəsəbəsində) müraciət etməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh