YPX postunda sürücüdən külli miqdarda narkotik maddə aşkarlandı - FOTO

Baş DYP İdarəsinin YPX postunda 3 kq 550 qram narkotik maddə aşkar edilib.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Ötən gün Əkbərov Cavid Nuru oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı 99-VP-411 nömrə nişanlı avtomobil gecə saat 00:15 radələrində nəzarət qaydasında Əlat-Astara-İran sərhədi avtomobil yolunun 143-cü km-də, Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı YPX postunda saxlanılıb, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.
Sürücü C.Əkbərovun idarə etdiyi avtomobilə baxış zamanı avtomobildən ümumi çəkisi 3 kq 550 qram olan müxtəlif növ narkotik maddə (2 kq 850 qram heroin, 700 qram metafetamin) aşkar edilərək götürülüb. Sürücü rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












