Zaqatalada yol polisinə tabe olmayan şəxs üzr istədi - VİDEO

Zaqatalada yol polisi ilə sakinlər arasında qarşıdurma olub, həbs edilən var. Avtosfer.az-ın məlumatına görə, yol polisi və sakinlər arasında qarşıdurma ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülərlə bağlı Zaqatala rayon polis şöbəsinin rəhbərliyi və müvafiq qurumlar tərəfindən araşdırma aparılıb.
Məlum olub ki, həmin hadisə mayın 6-da rayonun Kəpənəkçi kəndi ərazisində qeydə alınıb. Kənd sakini Cavid İsayev idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən digər kənd sakininin ev quşlarını vuraraq öldürüb. Ərazidə olan Dövlət Yol Polisi əməkdaşları həmin sürücüyə saxla əmri versə də o, yol polisi əməkdaşlarına tabe olmayaraq hərəkətini davam etdirib.
Həmin sürücü məcburi qaydada saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Həmçinin onun etibarnaməsi də olmayıb:
Buna baxmayaraq polis əməkdaşları şəraitə uyğun hərəkət edərək qanuni tədbir görüb. Həmin şəxslərin hərəkətləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü 10 sutka inzibati həbs cəzası alıb. Səs-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.
Qeyd edək ki, sürücü və videonu çəkib yayan şəxslər yaxın qohumdurlar.
Emin
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












