Yol polisinə sataşan sürücünü cərimələdilər - FOTO

Avtoxəbər 7 Fevral 2016 00:10 Oxunub 18090
Yol polisinə sataşan sürücünü cərimələdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«DYP müfəttişlərindən xahiş olunur ki, avtomobil idarə edərkən mənə zəng etməsinlər»

Bakı şəhər sakini Kənan Davudzadə idarə etdiyi «BMW» markalı, 10 SU 223 dövlət nömrə nişanlı avtomobili satmaq üçün arxa şüşənin üzərinə «Satılır» elanı və mobil telefon nömrəsini yazıb. Avtosfer.az-a göndərdiyi fotodan da göründüyü kimi, avtomobilin arxa şüşəsində elan və telefon nömrəsindən başqa dövlət yol polisinə ünvanlanmış bir mesaj var: «Qeyd: DYP müfəttişlərindən xahiş olunur ki, mən avtomobil idarə edərkən mənə zəng etməsinlər))». 

Bunu görən 99 YP 467 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan yol polisləri həmin avtomobili saxlayıblar və sürücüyə İnzibati Xətallar Məcəlləsinin 221.2-ci maddəsi ilə protokol tərtib ediblər. Avtomobil isə DYP-nin cərimə meydançasına aparılıb.

Qeyd edək ki, İXM-nin 221.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Kənan Davudzadə də bunları əsas götürərək barəsində tərtib edilmiş protokolla bağlı şikayət edib. Şikayətinə obyektiv baxılıb və protokol ləğv edilib. Avtomobil isə cərimə meydançasından buraxılıb. Məsələ maraqlı olduğu üçün Avtosfer.az bunu oxucalarla paylaşır.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh