Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Abşeron rayonunda qaynını bıçaqlamaqda təqsirləndirilən Nihad Məmmədovun (ad və soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nihad Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, Nihad qaynı Əsədi bıçaqlamaqda təqsirləndirilib. Belə ki, Nihad Əsədin bacısı ilə ailə qurub və əvvəllər ailələr arasında münasibət normal olub. Bir müddətdən sonra Əsəd Nihadın bacısı ilə tanış olmaq istəyib və ona mesajlar yazıb. Bu məsələdən Nihad və onun ailə üzvləri xəbər tutduqdan sonra ailələr arasında münasibət pozulub.
Lakin Əsəd yenə də qıza sevgi mesajları yazmaqda davam edib. Nəticədə Nihad həyat yoldaşı ilə boşanma həddinə çatıb. Nihadın həyat yoldaşı qardaşının tərəfini tutaraq ata evinə yollanıb və cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
Əsəd və atası qohumları ilə birlikdə Nihadın atasının evinə gələrək gəlinin cehizlərini aparmaq istəyiblər. Bundan xəbər tutan Nihad ata evinə gələrək Əsədi bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Nihad saxlanılıb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












