Rusiya İranda Rəşt-Astara dəmir yolunun inşasına gələn il başlamağı planlaşdırır

Rusiya və İran 2027-ci ildə İranın şimalında Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov VIII "New Silk Way" beynəlxalq nəqliyyat-logistika biznes-forumunun kuluarlarında "İnterfaks" agentliyinə bildirib.
O deyib ki, hökumətlərarası sazişin şərtlərinə əsasən, tikinti işlərinin üç il ərzində başa çatdırılması planlaşdırılır:
"Layihə icra olunur, artıq orada tədqiqat işləri aparılır. Sözügedən işlərə bu ilin əvvəlində başlanılsa da, hərbi əməliyyatlar səbəbindən fasilə yaranmışdı, indi isə işlər tam bərpa olunub".
Ötən ilin may ayında Rusiya və İran 162 kilometr dəmir yolu xəttinin çəkilməsi, 8 yeni stansiya, 56 estakada, 73 körpü və 30 yolötürücüsünün inşasının planlaşdırıldığı Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün tədqiqat işlərinə başlayıb. Bu sahə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq.
Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir, Rusiya 1,3 milyard avro ayıracaq. Bu layihə həyata keçirildikdən sonra təkcə dəmir yolu vasitəsilə ümumi yük dövriyyəsinin ildə ən azı 15 milyon ton təşkil edəcəyi gözlənilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












