Bakıda avtobus sürücüsü qaydaları pozdu: “Əcəb edirəm, uzaqbaşı 50 manat cərimə yazacaqlar” - FOTO
Gündəm
4 Fevral 2020 19:40

Bu isə sərnişinlərin narazılığına səbəb olub
Bakıda 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü nəqliyyat vasitəsini sükan arxasında telefonla danışaraq yüksək sürətlə idarə edib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məlumatı əks etdirən fotoları sosial şəbəkədə sərnişinlərdən biri paylaşıb.
Paylaşım edən sərnişin iddia edib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JZ 235 dövlət nömrə nişanlı avtobusun sürücüsü telefonla danışa-danışa sərnişinlərlə dolu avtobusu yüksək sürətlə idarə edib.
Sərnişinlər onun bu davranışından şikayət etdikdə isə sürücü onlara “əcəb edirəm, xoşun gəlmir, zəng elə, şikayət et, uzaqbaşı 50 manat cərimə yazacaqlar”, - deyə cavab verib.
Bu isə sərnişinlərin narazılığına səbəb olub.
Oxunub : 1658
DİGƏR XƏBƏRLƏR
29 Oktyabr 2026 11:00
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
29 Oktyabr 2026 09:30
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
29 Oktyabr 2026 08:46
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
28 Oktyabr 2026 18:06
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
28 Oktyabr 2026 17:18
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
28 Oktyabr 2026 16:48
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
28 Oktyabr 2026 16:18
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
28 Oktyabr 2026 15:53
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
28 Oktyabr 2026 11:30
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
28 Oktyabr 2026 11:00
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
28 Oktyabr 2026 10:18
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
28 Oktyabr 2026 09:48
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
ŞƏRH YAZ
Mayis Abuşlu 5 Fevral 2020 08:56
Bunları sadəcə olaraq pul qudurdub...cəzası türmə olmasa düzələn deyillər.












