19 yaşlı mütəxəssis Tesla elektromobillərini uzaqdan idarə etdi

İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo 13 ölkədən “Tesla”nın ümumilikdə 25 elektromobilini uzaqdan idarə edə bilib.
Avtosfer.az xəbər verir ki, bu barədə o, öz “Twitter” hesabında paylaşıb. Colombo bildirib ki, “Tesla” elektromobilləri üzərində uzaqdan idarəni əldə etmək üçün o, avtomobillərin infrastrukturundakı hansısa boşluqdan istifadə etməyib.
Bunun yerinə o, sadəcə olaraq “Tesla” elektromobillərinin sahiblərinin istifadə etdikləri xüsusi tətbiqdən yararlanıb. Onun sözlərinə əsasən, sözügedən tətbiqin bir sıra mənfi tərəfləri var. Bunun nəticəsində Colombo 13 ölkədən “Tesla”nın ümumilikdə 25 elektromobili üzərində idarəni əldə edib.
Elektromobillər üzərində uzaqdan idarənin əldə edilməsinə baxmayaraq, Colombo onları hərəkət etdirə bilmir. Lakin bununla belə o, elektromobillərin qapılarını aça, şüşələrini aşağı endirə, yerləşdikləri yerlər barəsində məlumatları əldə edə və s. əməliyyatları reallaşdıra bilər.
Məlumata əsasən, Colombo mövcud olan problemləri “Tesla”nın dəstək xidmətinə çatdırıb. Hazırda şirkət sözügedən məsələnin qiymətləndirilməsi üzərində çalışır. Bu cür üsul ilə elektromobilləri uzaqdan hərəkət etdirmək mümkün olmasa da, dələduzlar onun vasitəsilə elektromobillərin oğurluğunu reallaşdıra bilərlər./technote.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












