2021-ci ildə təqdim olunan 13 ən yaxşı yeni avtomobil - FOTO

“Forbes Life” 2021-ci ildə təqdim olunan ən yaxşı yeni avtomobillərin siyahısını dərc edib. Qeyd edək ki, reytinq təhlükəsizlikdən tutmuş səmərəliyə qədər yeddi kateqoriya üzrə qiymətləndirmə əsasında tərtib olunub.
1. Bentley Continental GT Speed

Yeni “Bentley GT Speed” o qədər möhtəşəm və cəsarətlidir ki, onun təqdimatında İtaliyanın Komizo şəhərində nəqliyyatın hərəkəti dayandırılıb.
2. Rolls Royce Ghost

“Ghost” – “Rolls Royce” şirkətinin özü-özünü idarə edən ilk elektrikli avtomobilidir. Şirkət ilk növbədə avtomobilin yaratdığı təəssürata böyük diqqət yetirib.
3. Porsche Taycan Cross Turismo

2021-ci ildə “Porsche” markası yeni “Taycan Cross Turismo” elektrik avtomobilini təqdim edib. Bu modeli “Taycan”dan fərqli olaraq böyük güc və daha uzun gediş məsafəsi kimi üstünlüklərə malik olduğu bildirilir.
4. Mercedes-Benz-C-Class W206

2021-ci ildə “Mercedes-Benz” şirkəti “S-Class”dan sonra ikinci flaqman tituluna sahib olan yeni “C-Class W206” avtomobilini təqdim edib. Model bir neçə mühərrik variantı ilə təqdim olunur: bir və iki litrlik turbin mühhərik, iki litrlik dizel.
5. BMW M4 Competition

2021-ci ildə “BMW” şirkəti yeni “M4 Competition” idman avtomobilini təqdim edib. Şəkildən göründüyü kimi, model əvvəlki 4-cü nəsil kupe avtomobilinə bənzəsə də, daha sərt dizayndadır.
6. Lexus LX

Bu il Yaponiyanın “Lexus” markası VIP konfiqurasiyada “LX” avtomobilinin benzin və dizel versiyalarını yeniləyib. İndi avtomobil avtomatik olaraq yoldakı vəziyyəti “oxuyur”, sürücülərin və piyadalara mane olmamaq üçün lazımi işıq sahələrini bağlayır.
7. Audi Q5

Yenilənmiş “Audi Q5” istənilən yolsuzluğun öhdəsindən gələcək krossoverdir. İstər istər kəndləri gəzməyi, istərsə də vəhşi çimərlikdə dincəlməyi seçməyinizdən asılı olmayaraq, “Audi Q5” yüksək performansı sayəsində qum və palçıqdan çıxacaq.
8. Infiniti QX60

2021-ci ilin iyun ayında “Infiniti” ikinci nəsil “QX60” krossoverini təqdim edib. Bu, markanın ən populyar və təhlükəsiz modellərindən biridir.
9. Toyota Land Cruiser 300

2021-ci ildə “Toyota” əfsanəvi” Land Cruiser” yolsuzluq avtomobilinin dizel mühərrikli versiyasını təqdim edib. Markanın fikrincə, maksimum konfiqurasiyada belə mühərrikə malik avtomobillər “Land Cruiser” ailəsinin hər yeni nəslində bestsellerə çevrilir.
10. Mazda CX-9 Century Edition

2020-ci ildə Yaponiyanın “Mazda” şirkəti 100 illik yubileyini qeyd edib və bu hadisənin şərəfinə yeni “CX-9 Century Edition” krossoverinin xüsusi versiyasını buraxıb.
11. Jeep Wrangler 4xe

Yeni “Jeep Wrangler 4xe” yolsuzluq avtomobili hibrid ötürücü sistemlə təchiz olunub, onun sayəsində avtomobil şəhərdə 50 km-ə qədər məsafə qət etməklə elektrik rejimində hərəkət edə bilir.
12. Volvo XC60

“Volvo XC60 Recharge” hibrid krossoveri elektrikli avtomobillərə tədricən öyrəşmək və ətraf mühitin mühafizəsi gündəminin əbədi olaraq avtomobil sənayesinin bir hissəsinə çevrildiyini dərk etmək üçün əla seçimdir.
13. Skoda Octavia

“Style Plus Skoda Octavia” – bu markanın ən qənaətcil və çevik avtomobillərindən biridir.
Model üç müxtəlif mühərriklə mövcuddur – 1.6 litrlik 110 at gücündə atmosfer turbomühərrik, 1.4 litrlik 150 at gücündə TSI turbomühərrik və 2 litrlik 190 at gücündə mühərrik.///banker.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










