"Acura" hibrid fazasını ötürərək birbaşa elektrokarlara keçəcək

Acura markası model xəttinin elektrikləşdirilməsi məsələsində ana Honda şirkətinin yolu ilə getməyəcəkdir. Automotive News nəşrinin Acura nümayəndələrinə istinadən bildirdiyinə görə, premium yapon markası hibrid avtomobilləri fazasının ötüb keçərək, tam elektrik model xəttinin yaradılmasını sürətləndirmək niyyətindədir. Plana əsasən, artıq 2030-cu ilə Acura markası altında buraxılan avtomobillərin yarısı sırf elektrik güc qurğularına malik olmalıdırlar.
Brendin milli satışlar üzrə vitse-prezidenti Emil Korkorun bildirdiyinə görə, Acura markasının başlıca hədəfi elektromobillərin istehsalına və onların ümumi satış həcmindəki payının artırılmasına Honda şirkətindən daha tez keçməkdir.
Bununla belə, Acura markasının ən son yeniliyi elektrokar olmayıb: yapon brendi tarixi Integra adını yenidən həyata qaytararaq, Honda Civic Si modelindən götürülmüş turbomühərrik, mexaniki ötürmələr qutusu və yüksək sürtünməli differensial ilə təchiz olunmuş idman liftbekinin prototipini nümayiş etdirib. Korkor bunun planın bir həssinin olduğunu və Integra modelinin yenidən həyata qaytarılmasının onunla birlikdə “yeni elektrik dövrünə” keçməyə hazır olan yeni pərəstişkarlar nəslini yetişdirməyə kömək edəcəkdir.
Acura brendinin ilk elektromobili 2024-cü ildə debüt edəcək və böyük ehtimalla, “yaşıl” krossover olacaqdır. Bu modelin əsasını general Motors konserninin Ultium platforması təşkil edəcəkdir. Bu platformada Hummer EV və Cadillac Lyriq modelləri inşa ediliblər. Acura özü isə, diqqətini eksteryer və interyer dizaynına yönəldəcəkdir.
autograph
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI










