Aİ-də yeni avtomobillərin satışı dekabrda kəskin azalıb

2021-ci il ərzində Avropa İttifaqı (Aİ) ölkələrində yeni minik avtomobillərinin satışı əvvəlki illə müqayisədə 2,4% azalaraq 9,7 milyona, dekabrda isə illik ifadədə 22,8% azalaraq 795 295-ə düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqlamasında deyilir.
Qeyd olunur ki, Almaniyada dekabrda satış göstəricisi 26,9%, Fransada 15,1%, İtaliyada 27,5%, İspaniyada 18,7% azalıb.
Eyni zamanda, əsas bazarlar yanvar-dekabr aylarında artım nümayiş etdirib. İtaliyada 5,5%, İspaniyada – 1%, Fransa – 0,5% artım qeydə alınıb, Almaniyada isə satışlar 10,1% azalıb.
Assosiasiyanın məlumatına görə, ilin əvvəlindən Avropada yeni "Stellantis" avtomobillərinin (keçmiş "Fiat" və PSA) satışı illik ifadədə 2,1%, "Volkswagen Group"un – 4,8%, "Renault Group"un – 10,2% azalıb. Dekabrda "Stellantis"in satışları illik müqayisədə 25%, "Volkswagen Group"un – 31,6%, "Renault Group"un isə 12,6% azalıb.
APA
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












