"Alfa Romeo Tonale" barədə yeni məlumat peyda olub

Polşanın Spider’s Web Autoblog saytı insayderlər vasitəsi ilə Alfa Romeo markasının ikinci krossoveri olan Tonale modelinin ölçüləri və mühərrik çeşidi barədə bəzi məlumatları əldə edib. Bu məlumatlara əsasən, krossover Jeep Compass modeli ilə təkcə platformanı deyil, həm də mühərriklər çeşidini bölüşəcəkdir.
Spider’s Web Autoblog saytı növbəti dəfə çoxdan məlum olanı təsdiq ediblər. Artıq bilindiyi kimi, Alfa Romeo Tonale modelinin əsasını, Jeep Compass və Renegade modellərinin inşa olunduğu Small Wide 4x4 platforması təşkil edəcəkdir. Deməli, avtomobillərin mühərrik çeşidi də ümumi olmalıdır.
Ən güclü və bahalı Tonale modeli qoşulan hibrid olacaqdır. Plug-in versiya tərkibinə 1,3-litrlik benzin turbomühərriki və arxa oxda quraşdırılan elektrik mühərriki daxil olan, 240 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən 4xe hibrid güc qurğusunu əldə edəcəkdir.
Belə qurğuya malik olan Jeep Compass modeli 100 km/saata 7,5 saniyəyə sürətlənir və elektrik ötürməsi ilə 49 kilometr məsafə qət edir. Alfa Romeo Tonale modelinin dinamik göstəriciləri daha yaxşı ola bilər.
Bundan başqa, İtaliyanın şimalındakı Passo del Tonale aşırımının şərəfinə adlandırılmış yığcam krossover 1,3-litrlik benzin turbomühərriki və bu mühərrikin 48-voltluq startyor-generatorla təchiz edilmiş verisyasını alacaqdır. Xatırladaq ki, Compass modelində quraşdırılan 1,3-litrlik turbomühərrik iki versiyada - 130 və 150 at qüvvəli variantlarda təklif olunur.
Güc aqreqatları 6-pilləli mexaniki ötürmələr qutusu və ya DDCT “robotu” ilə tandemdə çalışırlar. Ötürmə - yalnız ön oxadır. Bundan başqa, amerikan krossoveri 130 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 1,6-litrlik MultiJet II dizeli və mexaniki transmissiya ilə də təklif olunur. Bu tandemin Tonale üçün təklif edilib-edilməyəcəyi sual altındadır.
Ölçülərinə görə, Tonale modeli Compass krossoverinə yaxın olacaqdır. Hər iki avtomobilin oxları arasındakı məsafə eynidir – 2636 millimetr, lakin onların uzunluğu, eni və hündürlüyü fərqlənir: 4528 ( - 133 millimetr) millimetr, 1835 (- 39 millimetr) və 1604 (- 36 millimetr) millimetr.
Fransız CMP platformasında inşa edilən Alfa Romeo Brennero daha yığcam ölçülərə malik olacaqdır. Bu modelin istehsalına 2023-cü ilin aprelində Polşadakı zavodda başlanacaqdır. 2026-cı ilə qədər italyanlar beş yeni modeli təqdim etməlidirlər. Bu modellərin arasında Tonale və Brennero krossoverləri, habelə GTV adlandırılacaq kupe olacaqdır.
autograph
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








