"Audi" şirkəti Urbansphere minivenini təqdim edib

Avtodünya 21 Aprel 2022 16:38 Oxunub 2032
"Audi" şirkəti Urbansphere minivenini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu konsept avtomobil Pekin avtosalonun ulduzu olmalı idi. Yeni koronavirus dalğası səbəbindən sərgi ləğv edilsə də, Audi öz avtomobilini qrafikə uyğun olaraq təqdim edib. Audi Urbansphere konsepti keçən il nümayiş olunmuş Skysphere rodsteri və Grandsphere nümayəndəlik sedanından sonra təqdim edilən “sferik trilogiyanın” üçüncü və sonuncusu konseptidir.

Böyük və bahalı minivenlər çoxdandır ki, Çində populyardılar. İndi isə, elektrik minivenlərinin “partlayışı” gözlənilir və Audi də bu seqmentdə iştirak etmək niyyətindədir. Urbansphere konsepti yerli alıcıların bəzi istəkləri nəzərə alınmaqla İnqolştadt və Pekindəki studiyalar tərəfindən hazırlanıb. Qeyd etmək lazımdır ki, bu günə qədər Audi markasının model çeşidində belə avtomobil olmayıb.

Urbansphere böyük ölçülü minivendir: onun uzunluğu 5510 millimetr, eni - 2010 millimetr, hündürlüyü isə 1780 millimetrdir. Konseptin təkər bazasının ölçüsü nümayəndəlik sedanlarında olduğu kimi 3400 millimetrdir. Avtomobilin həqiqi ölçülərini uğurlu nisbətlər və 24-düymlük təkər diskləri gizlədir.

Qapı şüşələri iki hissədən ibarətdir - onların yuxarı hissələri sanki dama doğru “əyilirlər” ki, bu da avtomobili vizual olaraq daha da alçaq edir. Grandsphere sedanında da belə bir həll tətbiq edilmişdi və hətta o zaman konseptin yaradıcıları onun tezliklə seriya avtomobillərdə görünəcəyini söyləmişdilər.

Ön optika xüsusilə diqqətə layiqdir. Bütün ön hissə işıqlanandır: piksel hüceyrələri müxtəlif rənglərdə işıq saçaraq və parlaqlığı dəyişərək “radiator barmaqlığının” naxışını, böyük dönmə siqnallarını və ya piyadalar üçün xəbərdarlıqları yarada bilərlər.

Urbansphere mövcud olan Audi avtomobilləri arasında ən geniş salona malikdir. Burada quraşdırılmış təhlükəsizlik kəmərləri və geniş tənzimləmələri olan dörd fərdi oturacaq var. Ön oturacaqlar hərəkət istiqaməətinə qarşı döndədirilə, arxa oturacaqlardan uzanan oturacaqlar təşkil edilə bilərlər: arxa oturacaqlar 60 dərəcə arxaya əyilirlər. Salonun üzlənməsi təkrar emal edilmiş materiallardan hazırlanır, arxada qədəhlər olan mərkəzi qutu var.

Əksər hallarda sürücünün dəstəyi olmadan avtomobili idarə edə bilən dördüncü səviyyəli avtopilot nəzərdə tutulduğundan, sükan ilə birlikdə cihazlar paneli də ön panelin içərisinə yığışdırılır. Adi maye kristal ekranların əvəzinə ön panelin taxta səthinə və ön şüşəyə məlumatlar proyeksiya edilməsi nəzərdə tutulub.

Arxa sərnişinlərin ixtiyarına media sisteminin fərdi ekranları, həmçinin tavana quraşdırılmış və şəffaf altlığa malik olan panoram OLED displey verilib. İdarəetmə - səslə və ya jestlədir. Audiosistemin dinamikləri, o cümlədən oturacaqların başlıqlarna quraşdırılıb, tamamlanmış reallıq eynəkləri (qapı ciblərində saxlanılır) də təklif olunurlar. Qapılarda salondakı havanın temperaturunu tənzimləmək üçün “isti” düymələri və tutcaqlar dəsti olan yığcam pultlar var. Bundan başqa, təchizata həmçinin işıq saçan Audi Light Umbrella çətirləri daxildir.

Texnologiyaya gəlincə, Audi Urbansphere miniveni Volkswagen şirkətinin mövcud olan avtomobillərlə əlaqəsi olmayan, iri və bahalı elektromobillərin əsasını təşkil edəcək perspektivli PPE (Premium Platform Electric) modul platforması üzərində qurulub. Konsept aktiv pnevmatik asqıya və tam idarələnən şassiyə malikdir.

Döşəmənin altında yerləşən dartma batareyasının tutumu 120 kilovat-saatdır, elektrik sistemi 800 voltluq gərginliklə işləyir, şarj cihazı isə 270 kilovata qədər gücü dəstəkləyir. Daimi cərəyanlı terminalından batareyanın 5% -dən 80% -ə qədər doldurulmasına 25 dəqiqə gərəkidir. Bir şarjla iddia edilən yürüş ehtiyatı 750 kilometrdir. İki elektrik mühərriki (hər oxda biri) ümumilikdə 400 at qüvvəsi və 690 Nm fırlanma anı hasil edir.

Təəssüf ki, Audi miniveninin seriya versiyasının nə vaxt hazır olacağı barədə məlumat verməyib. Ancaq belə bir avtomobilin Çin bazarındakı perspektivlərini nəzərə alsaq, Audi şirkətinin model çeşidində dəbdəbəli minivenin peyda olacağı real görünür. Çünki, Buick və Lexus markaları altında buraxılan böyük və bahalı minivenlər artıq burada reallığa çevriliblər.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh