"Audi TT RS" modelinin vida versiyası təqdim edilib
Audi şirkəti amerikan bazarı üçün “bərkgedən” TT RS sportkarlarının vida seriyasını buraxıb. Heritage Edition indeksini almış sportkarlar beş kuzov rəngi, habelə Quattro oyma-naxışları və yenidən işlənmiş interyeri ilə seçilirlər. ABŞ üçün alman istehsalçısı 50 ədəd eksklüziv sportkar buraxacaqdır. 2022-ci ilin əvvəlində satışa çıxarılacaq sportkarların qiyməti 81.495 dollardan başlayır.
Audi TT RS Heritage Edition modeli “bərkgedən” sportkarın ABŞ-dakı alıcılara ünvanlanmış son xüsusi versiyasıdır. Məhdud saylı nəşr beş kuzov rəngində buraxılacaqdır: ağ Apline White, göy Helios Blue, boz Stone Gray, qırmızıTizian Red və yaşıl Malachite Green. Hər bir çalara boyanmış 10 avtomobil olacaqdır.
Beləliklə, xüsusi versiyanın tirajı 50 nüsxədən ibarət olacaqdır. Belə sportkarlar arxa şüşədəki Quattro oyma-naxışı, arxa LED işıq texnikası, habelə eksklüziv dizaynlı 20-düymlük təkər diskləri, qara rəngli çıxış boruları olan buraxılış sistemi və elektrik ötürməsi olan spoyler ilə təchiz ediləcəkdirlər. Sportkarların salonunda unikal rəng birləşmələrini, alkantara ilə örtülmüş sükan çarxını və RS loqotipləri olan xalçaları görmək mümkündür.
Xüsusi versiyadan olan sportkarlar 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 2,5-litrlik beşsilindrli turbomühərriklə hərəkətə gəlirlər. Güc aqreqatı 7-pilləli S tronis “robotu” və quattro tam ötürməsi ilə birlikdə çalışır. Audi TT RS Heritage Edition modelinin maksimal sürəti 280 km/saatdır.
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI










