Avropa elektromobillərə keçid səbəbindən 500 min iş yerini itirəcək

Avropa ölkələri "yaşıl" texnologiyalara, xüsusən də elektromobillərə çox sürətli keçid səbəbindən 500 min iş yerini itirəcək.
Avtosfer.az-ın məlumatına görə, bu, "Clepa" Avropa Avtomobil Təchizatçıları Assosiasiyası tərəfindən keçirilən sorğunun nəticələrindən irəli gəlir.
Sorğuya qatılan 100-ə yaxın şirkət hesab edir ki, 2035-ci ilədək Avropada benzin və dizellə işləyən avtomobillər qadağan edildikdə, "yaşıl" texnologiyalara keçidin kütləvi işsizlik şəklində sosial və iqtisadi nəticələri olacaq.
Eyni zamanda, elektrik detallarının və akkumulyatorlarının istehsalı sahəsində 226 min yeni iş yeri yaranacağı gözlənilir ki, bu da itirilmiş iş yerlərinin ümumi sayını 275 minə endirəcək.
Avropa Komissiyası 2035-ci ilə qədər yeni avtomobillərdən CO2 emissiyalarını tamamilə aradan qaldırmaq niyyətini açıqlayıb.
3 mindən çox avtomobil şirkətini təmsil edən "Clepa” iddia edir ki, ara texnologiyalardan istifadə "yaşıl" nəqliyyata keçidin şokunu yumşaldacaq.
Almaniya hökumətinin fikrincə, daxili yanma mühərrikli avtomobillərdən imtinaya görə ölkə 400 min iş yerini itirə bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












