Avtosalonlarda avtomat sürət qutusu olan "LADA" qalmayıb

Rusiyanın avtomobil salonlarında avtomat sürət qutusu olan yeni «Lada» avtomobilləri qalmayıb. Avtosfer.az xəbər verir ki, artıq qarşıdakı bir il ərzində avtomat «Lada»ların olması gözlənilmir. Buna səbəb Rusiya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ölkəyə avtomat sürət qutularının gətirilməməsidir. Ekspertlər bildirir ki, «Lada»ları başqa sürət qutuları ilə təmin etmək və ya onların yerli istehsalına başlamaq üçün minimum bir il tələb olunacaq.
Qeyd edək k, indiyədək «Lada»lar Yaponiyanın «Jatco» şirkətinin və Almaniyanın ZF şirkətinin avtomat sürət qutuları ilə təmin edilirdi.
«Artıq «avtomat»lı «Lada» demək olar ki, yoxdur, bir neçə aydan sonda bir ədəd də olsa, belə avtomobil tapılmayacaq»- deyə dilerlərin avtosalonlarında bildirirlər.
«Lada Granta» almaq istəyən müştərilər mexaniki sürət qutusu ilə kifayətlənməli olacaqlar.
«Lada»ları istehsal edən «AvtoVAZ»da hazırda istehsal dayanıb, ehtiyat hissələri çatışmır, yalnız o avtomobillər buraxılacaq ki, tam yerli detallarla təmin edilib. Bunlar baza komplektasiyasında olan «Granta» və «Vesta» modelləridir.
Qeyd edək ki, bu vəziyyət yaranana qədər «Lada»ların 10%-i avtomat sürət qutusu ilə buraxılırdı. Belə ki, 2021-ci ildə şirkət 305 min mexaniki, 33 min isə «avtomat» «Lada» avtomobili satıb.
«Jatco» sürət qutuları «Lada Granta», «Vesta» və «XRay Cross» avtomobilərinə əlavə edilirdi.
Ekspertlər bildirir ki, avtomat sürət qutusu axtaran alıcılar «Lada»dan sonra Çin və Koreya maşınlarına üz tutacaqlar. Əsas axın «Hyundai Solaris» və «Kia Rio»ya, eləcə də «Volkswagen Polo» və «Skoda Rapid»ə yönələcək.
fed.az
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












