"BMW i7" elektrik sedanı ekstremal istidə sınaqdan keçirilib
BMW markasının elektrik flaqman sedanı olacaq i7 modeli, gələn il debüt edəcəkdir. Elektrokar daxili yanma mühərrikləri ilə təchiz edilmiş yeddinci nəsil BMW 7 Series (G70/G71) sedanı ilə birlikdə işıq üzü görəcəkdir.
Elektrokarın prototipləri artıq İsveçin Aryepluqa şəhərinin yaxınlığındalı Şimal qütbündə keçirilən testlər zamanı qeydə alınmışdılar. İndi isə, i7 modelinin prototiplərii tamamilə başqa şəraitdə - bol günəş işığının olduğu yarış trekləri və ümumi istifadə yollarında peyda olublar.
Bavariyalılar elektrik nümayəndəlik sedanını yüksək temperatur, bol tozlu və hündürlüklərin dəyişməsi şəraitində sınaqdan çıxarıblar. Ekstremal istilik maksimal yüklənmələr zamanı yüksəkvoltajlı batareyaların və elektrik mühərriklərinin etibarlılığını yoxlamaq üçün gərəkdir.
BMW i7 modeli qoşqunu yedəyə almalı və rekuperasiya enerjisinin qəbul edə bilməyən dolu batareya ilə uzunməsafəli enişdə hərəkət etməli olub. Qarışıq rejimdə, WLTP dövrünə əsasən, enerji sərfiyyatı 100 kilometrə 19,5 - 22,5 kilovat-saat olub.
BMW Blog nəşrinin insayderlərə istinadən bildirdiyinə görə, BMW i7 sedanı iki modifikasiyada təklif ediləcəkdir. İnsayderlər bayraqdar elektrik sedanının top versiyasının ümumi gücü 650 at qüvvəsi olan üçmühərrikli (öndə bir, arxada isə iki) güc qurğusunu alacağını və 700 kilometrə yaxın yürüş ehtiyatına malik olacağını söyləyiblər. “Kiçik” versiyanın isə yalnız iki elektrik mühərriki olacaqdır.
“Adi” bayraqdar BMW 7 Series sedanı isə, ənənəvi daxili yanma və hibrid güc qurğuları ilə təchiz ediləcəkdir. Hər iki versiyanın təqdimatı 2022-ci ilin yazında keçirilməlidir.
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI










