"BMW" son beş ildə ilk dəfə satışlar üzrə "Mercedes-Benz"i üstələyib

2021-ci ildə Mercedes-Benz şirkəti dünya üzrə 2,05 milyon avtomobil satıb. İlin nəticələrinə görə, Mercedes avtomobillərinin satışı 5% azalıb, dördüncü rübdə isə azalma 25% təşkil edib ki, bunun da başlıca səbəbi istehsalı yavaşladan yarımkeçiricilərin çatışmazlığı olub. Beləliklə, son beş ildə ilk dəfə Mercedes-Benz şirkəti ən populyar premium markaların siyahısında birinciliyi BMW şirkətinə verməyə məcbur olub. Bavariyalılar 2021-ci ildə 2,2 milyon avtomobil satmağa müvəffəq olublar.
Mercedes-Benz şirkətindən satışların əsas drayverlərindən birinin qoşulan hibridlər və elektrokarların olduğu bildirilib. Şirkət 227.458 ədəd “yaşıl” avtomobil satmağa müvəffəq olub ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 69% çoxdur. Bu avtomobillərdən 48.936 ədədi EQ xəttindən olan modelləridir. Onların arasında satışları dekabr ayında başlayan və 16.370 nüsxəlik tirajla satılmış flaqman EQS elektrik sedanı da var.
Yarımkeçiricilərin çatışmazlığı fonunda Mercedes-Benz şirkəti diqqətini daha gəlirli modellərin buraxılmasına yönəldib: məsələn, satışları 40% artmış Mercedes-Benz S-Class sedanı, dəbdəbəli Mercedes-Maybach (+ 51%) və “bərkgedən” Mercedes-AMG (+17%) modelləri.
Regionlara gəldikdə isə, Mercedes-Benz şirkətinin satışları Avropada 11%, Almaniyada 25%, Asiyada 1,6%, dünyanın ən böyük bazarlarından olan Çində isə 2% aşağı düşüb. Bir sıra bazarlarda isə, cüzi də olsa artım qeydə alınıb – ABŞ və Kanadada 2020-ci illə müqayisədə 0,3% daha çox avtomobil satılıb.
Bununla belə, Mercedes-Benz şirkətinin 2022-ci olan proqnozları heç də optimistik deyil. Belə ki, alman şistehsalçısı ehtiyat hissələrinin tədarükü ilə vəziyyətin qeyri-sabit olduğunu və bunun yaxın rüblərdə istehsal və satışlara heç də yaxşı təsir göstərməyəcəyini bəyan edib.
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












