"Brabus" 500 millimetrlik klirensi olan ekstremal pikapı hazırlayıb
Alman Brabus atelyesi “Gelendvagenin” Adventure XLP Superblack adlı versiyasını hazırlayıb. Əslində bu pikap 2020-ci ildə Cenevrə avtosalonunda debüt etmiş ekstremal Adventure XLP pikapının qara rəngə boyanmış versiyasıdır.
“Qapqara” Adventure XLP Superblack adi Mercedes-AMG G 63 modelindən 70 santimetr uzundur. Pikpaın uzunluğu 5,31 metrə çatır. Ofrouder yük platformasına və klirensi 490 millimetrə qədər artıran xüsusi reduktorları olan asqıya, habelə yolsuzluq şinləri taxılmış nəhəng 22-düymlük diskləri ilə təchiz olunub. Daha bir ştrix buraxılış sisteminin qırmızı rənglə işarələnmiş cütlənmiş çıxış borularıdır.
Pikapın salonu balıqulağı formasında naxışları olan və dəlikli əsl dəri ilə üzlənib. Qapılarda şirkətin təsis tarixinə işarə edən “77” rəqəmi olan naxışı görmək olar. Bundan başqa, interyer tərtibatında “tünd xromdan” və karbon lifindən hazırlanmış dekorativ elementləri görmək olar.
Mühərrrikin gücünə modifikasiyanın adındakı 800 rəqəmi işarə edir: 4,0-litrlik V8 biturbo mühərriki 800 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir. Ekstremal pikap 100 km/saat həddini 4,8 saniyəyə toplayır, onun maksimal sürəti isə, təhlükəsizlik səbəbi ilə 210 km/saat həddində məhdudlaşdırılıb.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










