Bu şirkətlər mexanika avtomobil istehsalını dayandırır - RƏSMİ
Qlobal avtomobil sənayesində mühüm dəyişiklik baş verir. 2026-cı ilə qədər dünyanın səkkiz böyük avtomobil istehsalçısı modellərində mexaniki ötürücü qutularından tamamilə imtina edəcəklərini açıqlayıb.
Avtsofer.az xəbər verir ki, “CarGurus” tərəfindən aparılan son araşdırmaya görə, bazarda əl ötürücülü avtomobillərin sayı sürətlə azalır. Belə ki, hazırda ən populyar 30 istehsalçının təklif etdiyi 292 modeldən cəmi 67-si mexaniki ötürücü ilə təqdim olunur. Bu isə ümumi bazarın 23 faizindən də az hissəsini təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə bu göstərici 197 model idi.
Sənayedəki transformasiya nəticəsində “Fiat”, “Honda”, “Land Rover”, “Lexus”, “Mercedes-Benz”, “MINI”, “Tesla” və “Volvo” kimi brendlər 2026-cı ildən etibarən mexaniki ötürücü qutulu modelləri portfellərindən tamamilə çıxarmağı planlaşdırır.
Mütəxəssislər bildirirlər ki, bu dəyişimin əsas səbəbi elektrikli və hibrid nəqliyyat vasitələrinin sürətlə yayılmasıdır. Elektrikli avtomobillərdə ənənəvi sürət qutusuna ehtiyac olmaması, hibrid sistemlərin isə avtomatik ötürücü ilə daha səmərəli işləməsi mexaniki qutuların aktuallığını azaldır. Bundan əlavə, istehlakçıların daha çox avtomatik transmissiyaya malik SUV modellərə üstünlük verməsi də bu prosesi sürətləndirir.
Statistikaya əsasən, hazırda dünyada yalnız avtomatik ötürücü ilə təklif olunan modellərin sayı 225-ə çatıb. Bu tendensiya ayrı-ayrı ölkələrin bazarlarında da özünü göstərir.
Bununla belə, “BMW”, “Ford”, “Toyota” və “Volkswagen” kimi bəzi istehsalçılar hələlik müəyyən modellərdə mexaniki ötürücü variantlarını saxlayırlar. Lakin ümumi proqnozlar göstərir ki, daxili yanma mühərriklərinə tətbiq edilən məhdudiyyətlər fonunda mexaniki ötürücülü avtomobillər 2030-cu ilə qədər yeni avtomobil bazarından demək olar ki, tamamilə yoxa çıxa bilər.
Eltac Zülfüqaroğlu
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10
Cəmi 3 ədəd istehsal edilmiş “Mercedes”lərdən biri satışa çıxarılır - FOTOLAR
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO










