"Chevrolet Silverado" elektrik versiyasına sahib olub

Avtodünya 7 Yanvar 2022 16:22 Oxunub 1578
"Chevrolet Silverado" elektrik versiyasına sahib olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Las Veqasda keçirilən CES 2022 sərgisində Chevrolet şirkəti Silverado pikapının elektrik versiyasını təqdim edib. Şirkət elektrik pikapının istehsalına və satışlarına iki versiya ilə başlamaq istəyir: baza “işçi” WT (Work Truck), habelə maksimal yürüş ehtiyatı və ən səmərəli güc qurğusu olan RST top versiyası ilə.

Bununla belə, pikapın istehsalına 2023-ci ilə qədər başlamaq planlaşdırılır. Xatırladaq ki, Silverado EV pikapının başlıca rəqibi olan Ford F-150 Lightining pikapına sifarişlər artıq qəbul edilir.

Chevrolet Silverado EV pikapının baza WT versiyası 517 at qüvvəsi və 834 Nm fırlanma anına malik olan elektrik güc qurğusu ilə təchiz edilir. Bu pikapın əsas hədəf kütləsi, ilk növbədə, yükdaşımalar üzrə ixtisaslaşmış və öz biznesini səmərəli etmək istəyən müştəriləridir.

Silverado WT modeli 3.630 kiloqrama qədər çəkisi olan qoşquları yedəyə ala bilər. Sonradan, modelin çəkisi 9.070 kiloqram olan qoşquları yedəyə almağa qadir olan versiyasını bazara çıxarmaq planlaşdırılır.

Bundan başqa, Silverado EV WT pikapı kabinin arxa divarının və salondakı oturacaqların qatlanması funksiyasına malikdir. Bunun sayəsində pikapın kuzovuna uzunluğu 2,7 metr olan yüklər yerləşir.

Silverado EV RST top versiyası ən məhsuldar elektrik güc qurğusuna sahibdir – qurğunun hasilatı 673 at qüvvəsi və 1057 Nm fırlanma anı təşkil edir. Belə pikap 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir.

Hər iki pikap standart olaraq tam ötürmə sistemi və Ultium platformasına quraşdırılan ən tutumlu batareya ilə təchiz edilir. Bütün modifikasiyaların yürüş ehtiyatı eynidir – 645 kilometr.

Bununla belə, Silverado EV pikapının əsas rəqibi olan F-150 Lightning pikapı dolu batareya ilə yalnız 482 kilometr qət edə bilir. Bundan başqa, pikapları əli sükandan çəkməyə imkan verən qabaqcıl Super Cruise avtopilotu ilə təchiz etmək olar.

Birinci olaraq, Silverado EV modelinin WT modifikasiyası satış debütü edəcəkdir – bu hadisə 2023-cü ilin yazında baş verəcəkdir. Baza versiyasının qiyməti 40 min dollardan başlayır. Payızda isə zəngin təchizata malik olan RST First Edition top versiyası satış debütü etməlidir. Bu versiyanın qiyməti 105 min dollardan başlayacaqdır.

autograph

ŞƏRH YAZ
Ad

E-mail

Şərh