Çin küçələrində sürücüsüz dezinfeksiya maşınları göründü

Dünya koronavirus pandemiyası ilə mübarizəni davam etdirir və bu mübarizənin önündə virusun ilk aşkar edildiyi Çin dayanır.
Şərq ölkəsi COVID-lə mübarizədə də ilkə imza atıb. Belə ki, Quançjouda şəhər küçələrini dezinfeksiya edən sürücüsüz avtomobillər görünüb.
Məlum olub ki, “WeRide” texnoloji startapı və Çin avtomobil konserni “Yutong Group” xüsusi olaraq ictimai yolların təmizlənməsi və dezinfeksiyası üçün nəzərdə tutulmuş avtonom elektrik robot-maşınlar yaratmaq üçün qüvvələrini birləşdirib.
Nəticədə “Robosweeper” adlı sürücüsüz avtotexnika yaranıb.
İstehsalçıların dediklərinə görə, o, dördüncü səviyyəli avtopilotla təchiz edilib və tamamilə insan müdaxiləsi olmadan işləyə bilər. Robot-maşın bulud əsaslı platforma vasitəsilə idarə olunur.
May ayının sonlarınadək “Robosweeper”lərin sınaq istismarı həyata keçiriləcək
Oxu.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












