Çində elektrikli avtomobil satışları 160 faiz artıb

Çində elektrik ilə işləyən avtomobillərin (elektromobil) satışı 2021-ci ildə illik 160% artımla 3 milyon 520 minə çatıb.
Marja xəbər verirki, Şinhua xəbər agentliyinin Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatlarına əsaslanaraq verdiyi xəbərə görə, Çin 7 il ardıcıl elektriklə işləyən avtomobillərin satışında dünyada birinci yerdədir.
Ölkədə elektrikli avtomobil satışı ötən il 160 faiz artdığı halda, onun ümumi satışdakı payı 13,4 faizə yüksəlib. Çinin elektrikli avtomobil infrastrukturunu dəstəkləyən investisiyalardakı artımı da satışların artmasına müsbət təsir göstərir. 2021-ci ilin sonuna kimi Çində 75 min enerji doldurma stansiyası, 2 milyon 620 min şarj cihazı və 1298 batareya dəyişdirmə stansiyası quraşdırılıb.
2025-ci ildə elektrikli avtomobil satışlarının payı 20 faizə çatacaq
Keçən il yerli və xarici istehsalçılar yarımkeçiricilərin tədarükü ilə bağlı qlobal problemlər səbəbindən elektrikli avtomobillərinin istehsalını azaltmalı oldular. 2022-ci ildə çip çatışmazlığının tədricən azalacağı, buna uyğun olaraq istehsalın və satışın da artacağı gözlənilir.
CAAM məlumatlarına görə, 2021-ci ildə Çində motorlu nəqliyyat vasitələri istehsalı illik 3,4 faiz artaraq 26 milyon 280 minə, satışlar isə 3,8 faiz artaraq 26 milyon 80 minə çatıb. Bu artımla 2018-ci ildən etibarən görülən 3 illik eniş tendensiyası sona çatıb.
2020-ci ildə hazırlanan 5 illik sektor inkişaf planına görə, 2025-ci ilə qədər Çində elektrikli avtomobil satışlarının ümumi motorlu avtomobil satışlarının 20%-nə çatması hədəflənir.
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür










